Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir

Region hotellərində milli ulduz təsnifatı ilə əlaqəli təlimlərə start verilir

15:51 18.01.2022
Yanvarın 19-dan etibarən regionlarda yerləşən hotellər üçün milli ulduz təsnifatının aparılması ilə əlaqədar təlimlər həyata keçiriləcək.

Təlimlər çərçivəsində Azərbaycan Turizm Bürosunun və Azərbaycan Hotel Assosiasiyasının əməkdaşları tərəfindən regionlarda yerləşən hotellərin nümayəndələrinə təsnifat prosesi və meyarlar haqqında ətraflı məlumat veriləcək, sənayə nümayəndələri ilə müzakirələr aparılacaq.

Təlimlər müvafiq olaraq şimal və cənub bölgəsində yerləşən mehmanxanalar üçün yanvarın 19-da Lənkəran, yanvarın 26-da Quba şəhərlərində keçiriləcək. Fevral ayında təlimlərin ölkənin digər regionlarında davam etdirilməsi nəzərdə tutulur.

Təlimlərdə iştirak etmək istəyən hotel nümayəndələri Azərbaycan Hotel Assosiasiyası ilə info@hotelassociation.az e-poçt ünvanı və ya +994 51 206 25 67 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, “Turizm haqqında” yeni qanun layihəsi Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında üçüncü oxunuşda təsdiqlənib. Qanun layihəsinə əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir.