Mehmanxanalar və DTA-nın tabeliyində olan qoruqlar dezinfeksiya avadanlıqları ilə təmin olunub

Mehmanxanalar və DTA-nın tabeliyində olan qoruqlar dezinfeksiya avadanlıqları ilə təmin olunub

16:54 16.12.2021
Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində pandemiyanın turizm sektoruna təsirinin azaldılması, sənaye subyektlərinin dəstəklənməsi, eləcə də vətəndaşların sağlamlığının qorunması məqsədilə Dövlət Turizm Agentliyinin layihə təşəbbüsü əsasında mehmanxana müəssisələri və Agentliyin tabeliyində olan qoruqlar dezinfeksiya avadanlıqları ilə təmin olunub.
 
Layihə çərçivəsində ölkə üzrə 208 mehmanxana müəssisəsinə və Agentliyin tabeliyində olan qoruq müəssisələrinə 420 ədəd stend, 420 ədəd mexaniki dispenser və 420 ədəd avtomat dispenserdən ibarət əllərin dezinfeksiyası üçün avadanlıq dəsti təqdim olunub.
 
İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı daimi Komitəsinin (COMCEC) “COVID-19 ilə Mübarizə Proqramı” çərçivəsində maliyələşdirilən qrant layihə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədini daşıyır.
 
Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlarda pandemiya ilə bağlı mübarizə tədbirləri fonunda bundan sonra da profilaktik tədbirlərin görülməsi nəzərdə tutulub.