İlk ulduz dərəcələri verilmiş 17 hotelin siyahısı

12:00 01.10.2021

Sentyabrın 30-da Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimi keçirilib.

Tədbirdə iddia etdikləri ulduz təsnifatını əldə etmək üçün müraciət edən 43 hoteldən yoxlama prosesini uğurla keçmiş 17 hotelə ulduz dərəcələrinin əks olunduğu sertifikatlar təqdim olunub.

İlk ulduz dərəcələrinin verildiyi hotellər aşağıdadır:

  1. Ayan Palace – 5 ulduz
    (Tovuz rayonu, 65 otaq)
  2. Baku Marriott Hotel Boulevard – 5 ulduz
    (Bakı şəhəri, 818 otaq)
  3. Fairmont Baku - Flame Towers – 5 ulduz
    (Bakı şəhəri, 299 otaq)
  4. Four Seasons Hotel Baku – 5 ulduz
    (Bakı şəhəri, 171 otaq)
  5. Hilton Baku – 5 ulduz
    (Bakı şəhəri, 309 otaq)
  6. Hyatt Regency Baku – 5 ulduz
    (Bakı şəhəri, 159 otaq)
  7. InterContinental Baku – 5 ulduz
    (Bakı şəhəri, 128 otaq)
  8. JW Marriott Absheron – 5 ulduz
    (Bakı şəhəri, 237 otaq)
  9. Marxal Resort & Spa – 5 ulduz
    (Şəki rayonu, 206 otaq)
  10. Qalaalti Hotel & Spa – 5 ulduz
    (Şabran rayonu, 171 otaq)
  11. Quba Palace – 5 ulduz
    (Quba rayonu, 212 ota)
  12. Sheraton Baku Intourist – 5 ulduz
    (Bakı şəhəri, 150 otaq)
  13. Courtyard by Marriott Baku – 4 ulduz
    (Bakı şəhəri, 365 otaq)
  14. Dreamland Golf Hotel – 4 ulduz
    (Bakı şəhəri, 42 otaq)
  15. Park Inn By Radisson Baku – 4 ulduz
    (Bakı şəhəri, 255 otaq)
  16. The Merchant Baku – 4 ulduz
    (Bakı şəhəri, 63 otaq)
  17. Vogue Hotel – 4 ulduz
    (Xaçmaz rayonu, 31 otaq)