Gürcüstandakı "Azerbaijan.Travel Showroom" qonaq mərkəzində uşaqlar üçün tədbir keçirilib

16:41 02.06.2022
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycanın Gürcüstanda yerləşən “Azerbaijan.Travel Showroom” qonaq mərkəzində uşaqlar üçün tədbir keçirilib.
 
Tədbirdə uşaqlar Azərbaycan haqqında məlumatlılığı özündə əks etdirən oyunlar oynayıblar və müxtəlif növ əyləncə fəaliyyəti ilə məşğul olublar.
 
Uşaqlara Azərbaycan və onun milli folkloru haqqında informasiyalar təqdim olunub.
 
Bundan öncə isə mərkəzdə 28 May – Müstəqillik Günü ilə bağlı tədbir təşkil olunub.
 
Tədbirdə iştirak edən yüzdən çox turist və Gürcüstan vətəndaşına Azərbaycanın turizm imkanları, tarixi və mədəniyyəti ilə bağlı ətraflı məlumat verilib.
 
Onlar Azərbaycanın çay mədəniyyəti və şərabçılıq ənənələri ilə tanış olublar.
 
Tədbir çərçivəsində iştirakçıların Azərbaycana səyahət və burada turizm üzrə təklif olunan xidmətlər haqqında ünvanladıqları maraq doğuran suallar cavablandırılıb.