DTA sədri Fuad Nağıyev “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna baxış keçirib

11:35 20.08.2018

Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyev Şəki şəhəri ərazisində yerləşən “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna baxış keçirib.

Buradakı cari vəziyyətlə tanış olan Fuad Nağıyev açıq səma altında muzey-şəhər hesab olunan Şəkinin turizm üçün tarixi-mədəni əhəmiyyəti və gələcək inkişaf perespektivləri haqqında müzakirlər aparıb, qoruğun ərazisində yerləşən, dünya memarlıq irsinin unikal nümunələrdən hesab olunan Şəki Xan Sarayının turistlər üçün ən cəlbedici məkanlardan biri olması qeyd olunub.

Şəki Xan Sarayından başqa qoruq ərazisində qədim qalalar, karvansaraylar, hamamlar, məscidlər, müxtəlif sənət növlərinə aid dükanların olması da nəzərə alınaraq buranın həm yerli, həm də xarici turistlər üçün daha da maraqlı və cəlbedici turizm məkanına çevrilməsinin vacibliyi vurğulanıb.

Digər dövlət əhəmiyyətli qoruqlarda olduğu kimi, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunda da cari vəziyyət və mövcud potensial nəzərə alınmaqla yaxın zaman ərzində yeni idarəetmə üsullarının tətbiq edilməsi, turist məmnunluğunun təmin edilməsi, çatışmazlıqların aradan qaldırılması, qoruğun tarixiliyinin və unikal görünüşünün qorunub saxlanılması ilə yeni infrastruktur layihələrin həyata keçirilməsi qərarlaşdırılıb.