DTA-da dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya haqqında təlim keçirilib

10:45 18.05.2022
Mayın 17-də Dövlət Turizm Agentliyində “Korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik qaydaların praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilib.

Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən keçirilən təlimdə Agentliyin əməkdaşları qanunvericilikdə korrupsiya ilə əlaqədar ümumi müddəalar və hüquqpozmalar, onların subyektləri, korrupsiyaya qarşı mübarizə metodları və bu istiqamətdə beynəlxalq təcrübə haqqında praktiki nümunələrlə məlumatlandırılıblar.

Təlimdə, həmçinin dövlət qulluğunda etik davranış qaydaları, bu istiqamətdə yerli və beynəlxalq normativ sənədlər, etik davranış qaydalarının növləri və həyata keçirilməsinin təmin olunması kimi mövzular haqqında fikir mübadiləsi aparılıb.

Sonda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə əlaqədar aktual məsələlərdən bəhs olunub və iştirakçıların sualları cavablandırılıb.