Dövlət Turizm Agentliyi və turizm sektorunun nümayəndələri “Ana harayı” abidəsini ziyarət ediblər

13:41 26.02.2024
Dövlət Turizm Agentliyinin kollektivi, tabe qurumların əməkdaşları və turizm sənayesi nümayəndələri Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edib, faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər.