Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2019-cu il münasibətilə təbriki

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2019-cu il münasibətilə təbriki

14:00 31.12.2018

Hörmətli dostlar və həmkarlar!

Bildiyiniz kimi, 2018-ci il ölkəmizin turizm həyatında yeniliklər ili oldu. 

Ölkənin turizm həyatında davam edən inkişaf prosesini daha da stimullaşdırmaq üçün bir sıra addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət Turizm Agentliyi yaradıldı. Ölkənin yeni turizm brendi formalaşdırıldı, yeni brendin və turizm strategiyasının milli və beynəxalq səviyyədə təqdimatı həyata keçirildi. Azərbaycanın əsas hədəf bazarlarda daimi turizm nümayəndəlikləri fəaliyyətə başladı. 

2018-ci ildə baş verən bu yeniliklərin 2019-cu il üçün ölkəmizə daha çox uğur gətirəcəyinə ümid edirik. 

Əlbəttə, qarşıda bizi daha məsuliyyətli bir il gözləyir. Mövcud potensialı inkişaf etdirərək çatışmazlıqları aradan qaldırmaq istiqamətində Dövlət Turizm Agentliyinə həvalə olunmuş vəzifələrin həyata keçirilməsində turizm sənayesinin bütün iştirakçılarının iştirakına və dəstəyinə inanırıq. Bunun üçün turizm sahəsi ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan hər kəsi həmrəy olmağa, ümumi hədəflərə çatmaq üçün birgə əməkdaşlığa çağırırıq. 

Bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2019-cu il münasibətilə hər kəsi təbrik edir, yeni ilin ölkəmizə və xalqımıza ancaq xoş yeniliklər gətirməsi ümidi ilə hər kəsə sağlam can, şəxsi və peşəkar iş həyatında nailiyyətlər arzulayıram.