Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının üzvləri üçün “Şahdağ” Turizm Mərkəzində istirahət turu təşkil olunub

02:00 27.08.2018

Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının 40 nəfər üzvü üçün “Şahdağ” Turizm Mərkəzində bir günlük istirahət turu təşkil olunub.

Qurban bayramı ilə əlaqədar təşkil olunan tur çərçivəsində veteranların və ailə üzvlərinin istirahəti üçün hər cür şərait yaradılıb. 

Azərbaycan Respublikası Prezidentinin “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na dair 17 aprel 2006-cı il tarixli Sərəncamına əsasən Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş veteranlar, habelə əmək veteranlarına sosial diqqət və qayğının göstərilməsi, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün bu cür turların mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılı