Turizm işçiləri günündə Ulu Öndərin məzarı ziyarət olunub

17:16 29.09.2025
29 sentyabr – Turizm işçiləri günündə Dövlət Turizm Agentliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları və turizm sənayesi nümayəndələri Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar.