Sentyabrın 17-də Dövlət Turizm Agentliyinin strukturunda çalışan dövlət qulluqçuları üçün “Peşəkar kommunikasiya və emosional zəka: komandadaxili birliyin artırılması” mövzusunda təlim keçirilib.
Təlimdə əməkdaşların səriştəsinin, peşəkarlığının və iş keyfiyyətinin artılırılması məqsədilə ünsiyyət bacarıqlarının əhəmiyyəti və növləri, auditoriyanın analizi, kommunikasiyaya açıqlıq və bu istiqamətdə digər məlumatlar təqdim olunub.
Təlimin zamanı mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illin hesabatların tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2022-ci il tarixli 447 nömrəli Qərarı ilə bağlı olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilib.