Sentyabrın 24-də Dövlət Turizm Agentliyi və regional turizm idarələrinin rəhbər vəzifələrdə çalışan əməkdaşları üçün “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi və liderlik” mövzusunda təlim təşkil olunub.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən təlimdə komandada rəhbərin rolu və liderlik keyfiyyətləri mövzularında müzakirələr aparılıb və iştirakçılara müxtəlif ölkələrdə tətbiq olunana modellər barədə məlumatlar verilib.
Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planından irəli gələn tapşırıqların icrası məqsədilə təşkil olunub.