Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Komanda işinin düzgün təşkili” mövzusunda 30 sentyabr - 1 oktyabr tarixlərini əhatə edən 2 günlük təlim keçirilib.
Təlimdə komanda anlayışı, onu formalaşdıran amillər, tətbiq olunan modellər, kommunikasiyanın rolu, bu istiqamətdə dünya təcrübəsi və digər mövzulara toxunulub, praktiki komanda çalışmaları edilib.
Həmçinin mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illin hesabatların tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2022-ci il tarixli 447 nömrəli Qərarı ilə bağlı olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilib.