Martın 18-də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində dövlət qulluqçularının 2025-ci il üzrə xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair yekun hesabat iclası keçirilib.
İclasda əvvəlki illərin qiymətləndirmə nəticələrinə əsasən həyata keçirilmiş tədbirlər iştirakçıların diqqətinə çatdırılıb, əməkdaşların cəlb olunduğu təlim proqramları barədə məlumat təqdim edilib.
Bununla yanaşı, rəhbər şəxslər ötən il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi prosesində qarşılaşdıqları çətinliklər barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019–2025-ci illər üçün Strategiya”nın 2023–2025-ci illəri əhatə edən icrası üzrə Fəaliyyət Planının 2.3-cü bəndinə uyğun olaraq, dövlət orqanlarında dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsinin təşkili nəzərdə tutulur.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyəti hər ilin sonunda qiymətləndirilir.