“Turizmin inkişafı” üzrə işçi qrupun iclası keçiriləcək

10:00 20.12.2022
“Turizmin inkişafı” üzrə işçi qrupun iclası

Başlama vaxtı: 20.12.2022, 15:00
Bitmə vaxtı: 20.12.2022, 17:00
20 dekabr 2022-ci il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun video-konfrans formatında iclası keçiriləcəkdir.
İclasda müvafiq qurumların iştirakı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun 2023-cü il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi aparılacaqdır.
Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsinin “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilər.